AZ

Kafedə iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda kafedə bayram günü iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işi üzrə məhkəməsi başlayıb.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra çıxış edən dövlət ittihamçısı Eldar Həmzə cinayət işinin məhkəmə baxışına təyin edilməsini təklif edib.

Məhkəmə qısa müşavirədən sonra işin baxışa verilməsi və təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması ilə bağlı qərar verib.

Məhkəmənin ilk baxış iclası mayın 13-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrın 31-də Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Arif Bəhərçiyev iaşə obyektlərindən birində aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovu öldürməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərəçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla