AZ

Sapata Meksikaya köçə bilər

Duvan Sapata Meksikada oynaya bilər. Bu ölkənin “Krus Asul” klubu təcrübəli hücumçu üçün rəsmi təklif göndərib.

Futbolinfo.az xəbər verir ki, amerikalılar 33 yaşlı kolumbiyalı hücumçuya görə 14 milyon avro ödəməyə hazırdır. “Atalanta” 2 illik müqaviləsi qalan forvardını satmağın əleyhinə deyil.

Sapata hazırda icarə əsasında “Torino”da çıxış edir. Anlaşmaya görə turinlilər bu yay 5,6 milyon avro ödəyərək onun transfer hüquqlarına birdəfəlik sahib çıxa bilər. Meksikalıların təklifindən sonra hansı qərar veriləcəyi maraqla gözlənilir. Futbolçu özü də “Krus Asul”a keçməyn əleyhinə deyil.

11 ildir Avropada çıxış edən Duvan bu müddətdə müxtəlif İtalya klublarında çıxış edib.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla