AZ

Velosiped zolağı ilə kəsişmədə kim yol verməlidir?- Sürücü, yoxsa velosipedçi?

Paytaxtın bir sıra küçə və prospektlərində velosipedçilərin rahat və təhlükəsiz hərəkəti üçün zolaqlar təşkil edilib. Avtosfer.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) son günlər velosiped zolaqları ilə kəsişən yollara svetoforlar quraşdırmağa başlayıb. Lakin bir çox kəsişmələr hələ də ümumi svetoforlarla tənzimlənir. Paytaxtda velosiped zolaqları yeni təşkil edildiyi üçün əksər sürücülər müəyyən qaydalardan xəbərsizdilər. Avtosfer.az xəbər verir ki, yolayrıclarında sağa dönən sürücülərin düzünə gedən velosipedçilərlə  trayektoriyaları kəsişir. Bu zaman kimin üstünlüyə malik olması sürücülər arasında müəmma yaradır.


"Yol hərəkəti haqqında" qanunun 75-ci maddəsində qeyd olunub ki, sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Bu xətanın törədilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə 3 bal 80 manat məbləğində nəzərdə tutulub.

Könül

 

Seçilən
2
Mənbələr
Şərh ()
Bağla