AZ

"Real" Mbappe ilə bağlı 3 planı nəzərdən keçirir

“Real Madrid” Kilian Mbappe transferini elan etmək üçün 3 ssenarini nəzərdən keçirir. Metbuat.az xəbər verir ki, “Real Madrid” PSJ-də çıxış edən Kilian Mbappenin təqdimatı üçün hazırlıqlara başlayıb. “AS” qəzetinin məlumatına görə, “Real” Mbappenin transfer elanı və təqdimatı üçün 3 fərqli planı nəzərdən keçirir. Mbappe üçün “Real Madrid”in planları belədir; -Çempionlar Liqasının finalından sonra transferin elan edilməsi və Avropa çempionatından əvvəl Mbappenin təqdimatı. -Transferin mövsümün sonunda elan edilməsi və təqdimatın daha sonra təşkil edilməsi.

-Transferi açıqlamaq və Mbappenin təqdimatı üçün futbol üzrə Avropa çempionatının bitməsini gözləmək.

Seçilən
2
Mənbələr
Şərh ()
Bağla