AZ

“Küçələrdə qalmışam “Yeni Ailə” MMC tikinti şirkəti kupçanı da, 9 aydır ki, kirayə pulumu da vermir...”-ŞİKAYƏT

 
“Mən Süleyman Rəhimov 201 ünvanında 44 kv-lıq evdə yaşayırdım. Elə oldu ki, 2018-ci ilin oktyabr ayının 4-də ora “plana düşdü”. Mənimlə “Yeni Ailə” MMC tikinti şirkəti müqavilə bağlayaraq inandırdı ki, ayı 500- azn olmaqla, 3-aylıq, hər 3-aydan gec olmayaraq kirayə haqqı ödəniləcək. Və söz verdilər ki, 2 il ərzində ev hazır olacaq. Pandemiya 2020-ci ildə başlayıb. Bunlar 2018-ci ildə başlayıb onsuz da tikintini 2020-ci ildə bitirməli idilər. 2020-ci ilə qədər nə tikdilər ki? Hazırda kirayə haqqını dayandırıblar ki, biz ora köçək. Mən də köçmürəm. Bundan başqa bizdən kupça kupçaya götürülüb sənədlər. Kupça götürüblər ki, kupça qaytaracağıq. 9 aydır ki, kirayə pulumu vermirlər. Küçələrdə qalmışam. Mənim əsas tələbim odur ki, kirayə pulunu versinlər. Evimin tam pulunu ödəsinlər. Evi artıq istəmirəm, alınmır, bunlar heç cür təhvil-təslim edə bilmirlər”
 
Bunu Moderator.az-a açıqlamasında Bakı şəhər sakini Səbinə Məmmədova bildirib. O iddia edir ki, “Yeni Ailə” MMC tikinti şirkəti heç cür ortaq məxrəcə gələ bilmirlər.
“Həyət pis gündədir. Bina sənəd şəklində təhvil-təslim olunmayıb. Sənədlər verilməlidir, Fövqəlada Hallar Nazirliyi rəy verməlidir. Qazı yoxdur. İşığı da şirkətin özünə qoşublar hüquqi şəxs kimi, bunlar da onu götürüb camaata veriblər. Axı hüquqi şəxslər üçün ayrıdır, fiziki şəxslər üçün ayrı. Bunlar fırıldaqçılıqla məşğuldurlar. Şirkətin əməkdaşı da deyir ki, çıxarış veriləcək. Nə vaxt? Bir dəqiq söz deyən yoxdur!” deyə şikayətçi iddia edib.
Səbinə Məmmədova bildirib ki, bir çox yerlərə şikayət ərizəsi ilə müraciət edib.
“Hal-hazırda mənə aprel ayı ilə birgə 4500-azn pul borcludurlar. Onlar guya dövlətin layihəsini həyata keçirirlər. Adını da qoyublar ki, sakinlər həyat şəraitini yaxşılaşdırırıq. Onlar ancaq öz şəraitlərini yaxşılaşdırırlar. Nəsimi Rayon Prokurorluğuna, Nəsimi Rayon İcra hakimiyyətinə müraciət etmişəm. Hələ ki, bir xəbər yoxdur. Problemim problem olaraq qalmaqdadır” deyə şikayətçi bildirib.
Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Seçilən
2
2
Mənbələr
Şərh ()
Bağla