AZ

Bakıda xidmətçi qadın mənzildən 60 min manatlıq qızıl oğurladı

Bakı. Trend:

Bakıda mənzildən 60 min manatlıq qızıl oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.

Bildirilib ki, Nizami rayonu ərazisində mənzillərin birindən60000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə24-cü Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğunhəmin evdə xidmətçi işləyən qadın tərəfindən törədilməsinə əsaslışübhələr müəyyən edilib və o saxlanılıb.

Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdənhissə-hissə oğurlaması məlum olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işibaşlanılıb.

Seçilən
10
29
Mənbələr
Şərh ()
Bağla