AZ

"Bu, satınalmalarla bağlı yeni qaydaların tətbiqilə bağlıdır" - Deputat

"2024-cü ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 428 milyon dollar olub. İxracatımız 3 milyard 981 milyon, idxalımız isə 2 milyard 446 milyon dollardır".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu müddətdə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 23,5 faiz, real ifadədə 15,0 faiz, o cümlədən idxal 19,9 faiz, ixrac isə 12,7 faiz azalıb:

"Qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 36,9 faiz azalaraq 455,0 milyon dollar təşkil edib. Diqqəti çəkən məqam ondan ibarətdir ki, bu ilin ilk 2 ayında neftin dünya bazar qiymətində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə kəskin fərq olmayıb. Belə ki, Brent markalı neftin bir barelinin qiyməti 2023-cü ilin yanvar ayında 82.5, fervral ayında 82.8, bu ilin ilk aylarında isə uyğun olaraq 80.12 və 83.48 dollar olub. 2023-cü ilin ilk 2 ayında 82.65, bu ilki dövr üçün isə 81.8 dollar orta qiymət qeydə alınıb. Göründüyü kimi neftin dünya bazar qiyməti ticarət dövriyyəsi azalması üçün təsirli faktor olmayıb.  

Bununla belə, neft hasilatındakı eniş ümumi ticarət dövriyyəsində azalmaya gətirib çıxarıb. Neft hasilatı bu müddətdə 6.7 faiz azalıb.  Azərbaycan ixracatının 90 faizə yaxınını neft və qaz ixracatı təşkil etdiyi üçün bu ümumi ticarət dövriyyəsində azalmalar ilə müşahidə olunub. İdxalın azalması mövsümi faktorlar və eləcə də dövlət satınalmaları ilə bağlı yeni qaydaların tətbiqilə bağlıdır. Elektrik enerjisi, spirtli və spirtsiz içkilərin ixracatının azalması isə ümumi qeyri-neft ixracatına təsir göstərib. İqtisadiyyatın diversifikasiya baxımından isə qeyri neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır".

Seçilən
140
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17689
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17382
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16397
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14836
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13839
Çingiz Mustafayevin toyudur - FOTOLAR
11185
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10378
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
9719
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9688
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
9478
"Zaur, yenə çaşdın..." - VİDEO
8328
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7176
Minimum əmək haqqı nə qədər arta bilər?
6525
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6196
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5894
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4987
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4885
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4711
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4037