AZ

Türkiyə ilə sərhəddə yenilik: Otuz ildən sonra ilk dəfə olaraq...

İraq 30 ildən sonra ilk dəfə olaraq Türkiyə ilə sərhədində baza qurub.

Teleqraf.com xəbər verir ki, İraq Sərhəd Qoşunlarının Türkiyə sərhədinə yaxın Zaxo rayonunun Kişini kəndində iki hərbi baza qurduğu bildirilib.

Bazaların Kişini kəndi yaxınlığındakı təpələrdə qurulduğu və İraq Sərhəd Xidmətinin 30 ildən sonra ilk dəfə olaraq sözügedən bölgədə yerləşdirildiyi vurğulanıb.

Qərarın İraq və Türkiyə arasında sərhəd təhlükəsizliyini təmin etmək üçün əməkdaşlıq çərçivəsində verildiyi qeyd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla