AZ

Gürcüstandan ölkəmizə gətirilən avtomobillərin sayının kəskin azalması nə ilə bağlıdır?

Bu ilin birinci rübündə Gürcüstan Azərbaycana 2 min 601 ədəd avtomobil ixrac edib. Bu, illik müqayisədə 4 min 747 ədəd azdır. Azərbaycan ötən ilin yanvar-mart aylarında bu ölkədən 7 min 348 ədəd avtomobil alıb. Maraqlıdır, son vaxtlar Gürcüstandan gətirilən avtomobillərinin kəskin azalması nə ilə əlaqəlidir?

Bu barədə Valyuta.az-a danşan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, Gürcüstandan ölkəmizə gətirilən avtomobillərin sayının azalmasının üç əsas səbəbi var:

“Birincisi, ötən il yaşı 10 ildən çox olan avtomobillərin ölkəmizə gətirilməsi məhdudlaşdırılıb. İkincisi, artıq başqa ölkələrdən də Gürcüstana yaşı 10 ildən çox olan avtomobillərin idxalı qadağan olunub. Üçüncüsü isə, Gürcüstana xarici ölkələrdən gətirilən avtomobillər də “Avro-5” standartlarına cavab verməlidirlər. 

Gürcüstanda satılan yanacaq da “Avro-5” standartlarına uyğun olmalıdır. Bütün bunlar Gürcüstana avtomobil gətirilməsinə təsir edir. Bu, təbii ki bizim ölkədəki rəqəmlərdə də özünü göstərməkdədir”.

Ekspert onu da qeyd edib ki, Gürcüstandan alınan avtomobillərdəki kəskin azalma Azərbaycanın daxili avtomobil bazarına mənfi təsir etmir:

“Çünki Azərbaycanın avtomobil bazarı olduqca fəaldır. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana müxtəlif markalı avtomobillər gətirilir”.

Əvəz Həsənov

Seçilən
22
1
Mənbələr
Şərh ()
Bağla