AZ

İlk “Intel” prosessorlu oyun konsolu “MSI Claw” Bakıda! - FOTO

Son zamanlar virtual oyunlara artan maraq, peşəkar oyunçuların sayının çoxalması  nəticəsində bir çox vendorlar bazara fərqli dizaynlar və müxtəlif parametrlərdə oyun konsollarını təqdim etdilər. Ən top parametrlərdə olan eksklüziv və fərqli oyun notbuku modellərilə hər zaman digər istehsalçılardan seçilən MSI brendi də trendə uyğun olaraq, bu ilin əvvəlində yeni eksklüziv ilk “İntel” prosessorlu oyun konsolu “MSI Claw”nu satışa çıxardı.

https://aztechshop.az/index.php?route=product/search&search=MSI%20Claw%20A1M&description=true

“MSI Claw” oyun konsolu oyunçuların işini rahatladan, erqonomik, yüngülçəkili və hər yerə, hətta uzaq səfərlərə belə daşınması rahat olan bir cihazdır. Bu konsol vasitəsilə “Steam”, “Xbox”, “Epic” platformalarından istənilən oyunu asanlıqla yükləyib, onun həzzini hər yerdə yaşaya bilərsiniz.

Texniki özəlliklərə gəlincə isə, konsol ən son “Intel Ultra” 5 və 7 prosessorlarla gəlir. 7 düyümlük toxunuşlu 100% “sRGB” rəng çalarını dəstəkləyən FHD/IPS ekran, yeni nəsil “16GB DDR5X RAM” və “1TB Gen4 SSD” ilə təchiz olunmuş, “Intel Arc” video kart və “Intel”in “Xess” texnologiyası sayəsində oyun performansı bu konsolda maksimuma çatır. Nəticədə, enerjiyə qənaət edərək daha çox saat istifadə imkanı və yüksək FPS dəyərləri ilə müxtəlif oyunlardan sadəcə zövq alacaqsınız.

“Thunderbolt” 4 portunun mövcudluğu, 53 Vatlıq batareya, “Wi-Fi” 7 və “Bluetooth” 5.4 texnologiyası, yüngül çəkili olması və ən əsası erqonomik dizayn onun əsas üstünlüklərindəndir.

“MSI Claw” oyun konsolu cəmi 1699 AZN-dən başlayan qiymətlərlə hazırda satışdadır. Hətta bu qiymətlər taksitli alış zamanı da keçərlidir.

https://aztechshop.az/noutbuklar/?ocf=F1S0V35F3S2V3579724982V2870176612

 

“Aztech” şirkəti 25 ildən artıqdır ki, yerli bazarda kompüter avadanlıqları üzrə aparıcı idxalçı şirkətlərdən biridir. Son və yeni modelləri hər zaman bazara İLK təqdim etməsi, daima müştərilərə olan özəl yanaşması, məhsulların geniş çeşidi, münasib qiymətləri ilə seçilir. “MSI Claw” oyun konsolunu da ilk dəfə yerli bazarda satışa məhz “Aztech” şirkəti çıxarıb.

Seçilən
46
2
Mənbələr
Şərh ()
Bağla