AZ

Bakıda bu evlər BAHALAŞDI

Bakı. Trend:

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub.

Bu barədə Trend-əİqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, mart ayındaəvvəlki ayda olduğu kimi, fərdi həyət evlərinə tələbin artmasımüşahidə olunub. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki ayanisbətən 1.4 faiz qiymət artımı qeydə alınıb.

Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələbdəyişməyib. Yaşayış binalarında olan mənzillərdə 0.9 faiz aylıqqiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində 1.3faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə bazarında qiymətlərdəyişməyib.

Qeyd edək ki, ümumilikdə ölkə üzrə 2024-cü ilin mart ayındaistehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4faiz təşkil edib. 2024-cü ilin mart ayında istehlak qiymətləriindeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-mart aylarında isəəvvəlki ilin müvafiq dövrünə nisbətən 101 faiz olub. Eyni zamanda,2024-сü ilin yanvar-mart aylarında tikinti materiallarınınistehsalının ümumi dəyəri 274,6 milyon manat olmaqla, əvvəlki ilinmüvafiq dövrü ilə müqayisədə 34,4 faiz artıb.

Seçilən
41
15
Mənbələr
Şərh ()
Bağla