AZ

Çin Yaponiyanın planlaşdırılan ixrac nəzarətindən narahatlığını bildirib

Çin

Bakı, 29 aprel, AZƏRTAC

Çin Yaponiyanın yarımkeçiricilər və digər sahələrdə müəyyən maddələr üzrə planlaşdırdığı ixrac nəzarətindən ciddi narahatlığını ifadə edib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Ticarət Nazirliyinin mətbuat katibi açıqlamasında Yaponiya tərəfinin irəli sürdüyü təkliflərin Çin və yerli müəssisələr arasında normal ticarətə ciddi təsir göstərəcəyini, qlobal təchizat zəncirinin sabitliyinə zərər vuracağını bildirib. O, həmçinin qeyd edib ki, Çin öz müəssisələrinin qanuni hüquq və maraqlarını qorumaq üçün lazımi tədbirlər görəcək.

Məlumatda bildirilir ki, yarımkeçiricilər sənayesi yüksək dərəcədə qloballaşdığından, bir neçə ölkənin milli təhlükəsizlik konsepsiyasını ümumiləşdirmək, ixraca nəzarət tədbirlərindən sui-istifadə etmək, qlobal bazarı parçalamaq istiqamətində atdılan addımlar azad ticarət prinsiplərindən, çoxtərəfli ticarət qaydalarından ciddi şəkildə kənara çıxıb və ölkənin sabitliyinə ciddi təsir göstərib.

Seçilən
2
Mənbələr
Şərh ()
Bağla