AZ

ABŞ-da Azərbaycana investisiya imkanları müzakirə edilib

“Hesab edirik ki, ABŞ-da keçirilmiş görüşlər qarşıdakı dövrdə ölkəmizə yeni investisiyaların cəlb edilməsi, biznesin maliyyələşdirilməsi üçün yeni alətlərin tətbiqi və ABŞ texnologiyalarının Azərbaycana gətirilməsinə imkanlar açacaq”.

FED.az xəbər verir ki, bu sözləri Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib. O bildirib ki, aprelin 22-dən 26-na kimi Azərbaycan Mərkəzi Bankı, ABA və ABŞ-Azərbaycan Ticarət Palatasının təşəbbüs və dəstəyi ilə Azərbaycanın ilk bank-maliyyə missiyasının ABŞ-a səfəri təşkil edilib.

Missiyanın yekunu ilə bağlı danışan ABA sədrinin sözlərinə görə, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Koorporasiyasında (DFC) keçirilmiş görüş zamanı DFC-nin maliyyələşmə alətləri, yeni qaydalar və çərçivələr mövzusunda dəyirmi masa baş tutub, DFC-nin maliyyələşdirmə imkanlarının genişləndirilməsi, yeni sahələr və prioritet sahələrin müəyyənləşdirilməsi, bu sahədə gələcək əməkdaşlıq və ölkəmizə investisiyaların cəlb edilməsi üzrə bir sıra müzakirələr həyata keçirilib. “Növbəti görüşümüz “EXIM Bank”da oldu. Görüşdə bankın maliyyələşdirmə vasitəsilə əməkdaşlığın genişləndirilməsi, ekoloji təmiz enerji, kənd təsərrüfatı texnologiyaları mövzusunda müzakirələr aparıldı. Eyni zamanda, ölkəmizə yeni maliyyə vasitələrinin cəlb edilməsi imkanları geniş müzakirə edildi”,- deyə Zakir Nuriyev qeyd edib.

Sədr bildirib ki, səfər zamanı ABŞ Ticarət Departamentinin Beynəlxalq Ticarət Administrasiyasının Maliyyə Sığorta İdarəsində Azərbaycan üçün maliyyələşmə imkanları, yeni alternativ imkanlar mövzusunda ətraflı müzakirələr baş tutub. Bundan başqa ABŞ-ın ən böyük banklarından olan “Bank of New York Mellon”da görüş keçirilib, risklərin idarə edilməsi, Azərbaycan üçün kredit imkanları, süni intellektin bank əməliyyatlarında tətbiqi ətrafında müzakirələr aparılıb: “Hesab edirik ki, yeni açılmış imkanlar vasitəsilə banklarımız bütövlükdə ölkə iqtisadiyyatı və eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri üçün əlavə maliyyə imkanları qazanacaq və bu imkanlar vasitəsilə iqtisadiyyatımızın inkişafına öz töhfələrini verəcək”.

ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov bildirib ki, missiyanın keçirilməsinin əsas məqsədi Azərbaycan və ABŞ arasında bankçılıq, maliyyə və ticarət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və genişləndirilməsidir. Missiya çərçivəsində bankların həm dövlət orqanları, həm də özəl sektorla görüşləri baş tutub: “ABŞ Dövlət Departamenti, Xəzinədarlıq Departamenti, Ticarət Departamenti, ABŞ-ın İxrac-idxal Bankı və ABŞ-ın Beynəlxalq İnkişafın Maliyyələşməsi Bankında keçirilən görüşlər xüsusi əhəmiyyət kəsb edir. Görüşlərdə iki ölkə arasında ticarətin maliyyələşdirilməsində bankların rolu xüsusilə vurğulanıb. Biz də Ticarət Palatası olaraq ümidliyik ki, Azərbaycan bankları bundan sonra da iki ölkə arasında ticarətə töhfə verməyə davam edəcək”.

Qeyd olunub ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun başçılıq etdiyi missiyada Azərbaycanın 11 bankının rəhbər şəxsləri iştirak edib. (Azərtac)

Seçilən
53
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3739
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3552
Bu yol qovşağında təmir işləri aparılacaq
3033
Bakıda hoteldə yanğın başlayıb
2590
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1744
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1622
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1515
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1415
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1246
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1238
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1214
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1110
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1050
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
932
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
919
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
894
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
865
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
843
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
810
Sabah 5 kəndin qazı kəsiləcək
764