AZ

COP29 sədrliyi bir neçə yeni təşəbbüs irəli sürəcək

Ər-Riyad. Trend:

COP29 sədrliyi bir neçə yeni təşəbbüs irəli sürəcək.

Trend xəbərverir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf vəsosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov İslam İnkişaf Bankı(İİB) qrupunun illik müşavirələri çərçivəsində "COP29-a doğru –prioritetlər və gündəm" mövzusunda təqdimatda deyib.

"COP29 sədrliyinin COP29-da bir sıra yeni təşəbbüs irəlisürəcəyi gözlənilir. Bu təşəbbüslərin hazırlanması vərazılaşdırılması Xarici İşlər Nazirliyində aparıcı danışıqçınınrəhbərlik etdiyi danışıq qrupu çərçivəsində müzakirə olunur", - odeyib.

H.Hüseynov qeyd edib ki, COP29-da danışıqlar iqlimmaliyyələşdirməsi, şəffaflıq və milli səviyyədə müəyyən ediləntöhfələrə (NDC - Nationally Determined Contribution)fokuslanacaq.

"COP29 prosesin irəliləməsi üçün bütün bu elementlərinbirləşməsinə həsr olunacaq. Təşkilati Komitə hökuməti və QHT-ləritəmsil edən 57 üzvdən ibarətdir. Razılaşdırılmış mətndən praktikreallaşdırmaya və COP sədrlikləri arasında əməkdaşlığıngenişləndirilməsinə sürətli keçid üçün "Troika" mexanizmiyaradılıb", - o deyib.

H.Hüseynov qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyası və COP29 sədrliyinin qarşısında tərəflərə ilinsonunadək şəffaflıq haqqında ilk 2 illik hesabatların təqdimolunmasında dəstək göstərilməsi üzrə mühüm iş dayanır.

"Bu hesabatlar irəliləyişin izlənilməsi və etimadınmöhkəmləndirilməsi üçün zəruridir və COP29 tərəflərə dəstək üçünAzərbaycanda may ayından başlayaraq bir sıra seminarlar təşkiledəcək", - o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabr ayında Azərbaycanda keçiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
53
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq