"Mançester Siti"nin futbolçusu Bernardo Silva Çempionlar Liqasında məğlub olduqları "Real" haqda danışıb.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı oyunçu 1/4 finalda keçə bilmədikləri madridlilərlə bağlı bunları deyib:
"Real" qəribə komandadır. Bəzən elə gəlir ki, oyuna siz nəzarət etsəniz də, qələbə onların olacaq. İki hücuma iki qol vururlar. Onların oyunçuları fərdi olaraq çox yaxşıdır. Əks-hücumlarda onları idarə etmək çətindir".