AZ

Şəhriyar Məmmədyarov Almaniya çempionu oldu


Şahmat üzrə Azərbaycan millisinin üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov klublar arasında Almaniya bundesliqasının qalibi olub.
Yeniavaz.com
Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, Ş.Məmmədyarov bundesliqada “Viernheim” klubunun heyətində bu uğura imza atıb. Onun komandası maksimum nəticə ilə yarışın qalibi adını qazanıb.
“Vierhneim” 16 komandanın dairəvi sistemlə mübarizə apardığı yarışda keçirdiyi 15 oyunun hamısında rəqiblərini məğlub edib.
Digər şahmatçımız Nicat Abasovun çıxış etdiyi “Ötigheim” klubu isə bundesliqanı 6-cı pillədə başa vurub.
Qeyd edək ki, bundesliqada birincilik uğrunda ümumilikdə 16 komanda mübarizə aparıb.
Seçilən
41
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq