AZ

“SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın hüquqi şəxslər üçün nəzərdə tutulan həlli istifadəyə verilib.

Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib.

Bununla da ölkədə fəaliyyət göstərən hüquqi şəxslərin qanuni təmsilçiləri “SİMA İmza” mobil tətbiqində hüquqi şəxs imza sertifikatı yaradaraq elektron formada sənəd imzalaya bilərlər. “SİMA İmza” tətbiqində hüquqi şəxs sertifikatının alınması üçün ilk olaraq vətəndaş qismində qeydiyyatdan keçmək, daha sonra tətbiqdə “Sertifikat əlavə et” düyməsini sıxıb hüquqi şəxsin VÖEN məlumatlarını daxil etmək lazımdır. Növbəti mərhələdə istifadəçi ödəniş edərək abunəlik ala və sertifikatı aktivləşdirə bilər.

Sertifikat vasitəsilə şirkətin (hüquqi şəxsin) istənilən əməkdaşına imza səlahiyyətinin verilməsi də mümkündür. Belə ki, sertifikatı aktivləşdirdikdən sonra “SİMA Kabinetim” portalına daxil olub QR kodu skan etdikdən sonra bütün işçilərin siyahısı görünəcək. Bundan sonra qanuni təmsilçi istədiyi işçini (işçiləri) seçərək ona hüquqi şəxsin imza hüququnu verə bilər.

Hüquqi şəxs imza sertifikatından istifadə etmək üçün aylıq, birillik və üçillik olmaqla, uyğun abunə tarifləri seçilə bilər. Abunə planının tarifi biraylıq 2,4 AZN, birillik 25 AZN və üçillik 55 AZN müəyyənləşdirilib. SİMA yeni nəsil rəqəmsal imzanın hüquqi şəxs həllinin ilk istifadəçiləri güzəşt kampaniyası çərçivəsində bir ay ərzində “3AYPULSUZ” promokodu ilə qeydiyyatdan keçərək 3 aylıq abunə tarifini pulsuz əldə edəcəklər.

“SİMA İmza” hüquqi şəxslərə limitsiz sənəd imzalama, avtorizasiya və imzalanmış sənədlərin həqiqiliyinin yoxlanılması imkanı verir. Bununla da hüquqi şəxslər artıq heç bir fiziki sənəd toplamadan, xidmət mərkəzinə getmədən sənədləri rahat və sürətli şəkildə imzalaya bilərlər. İnternetə çıxış imkanı olan istənilən hüquqi şəxs təmsilçisi olduğu yerdən elektron xidmətlərdən yararlana bilər.

SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

Seçilən
27
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15911
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15647
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15336
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13254
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11876
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9465
"Zaur, yenə çaşdın..." - VİDEO
7816
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5970
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5813
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5033
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4901
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4393
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4198
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4046
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3228
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3197
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2963
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2946
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2790