AZ

Polşalı general: Rusiya və Belarus sərhədində mina sahələri salınmalıdır

Polşa müdafiə nazirinin keçmiş müavini Valdemar Skşiçak açıqlamasında hazırda Avropada genişmiqyaslı müharibə təhlükəsinin olmadığına inandığını, lakin Polşanın sərhədyanı rayonlarında minalanmış sahələrin salınması və istehkamların qurulmasının vacibliyini bildirib.

Editor.az bu barədə xarici mediaya istinadla deyib.

“Ukraynadakı müharibə təcrübəsi göstərir ki, düşməni dayandırmaq üçün istehkamların, müdafiə mövqelərinin və minalanmış sahələrin necə təşkili barədə biliklər yenidən aktualdır. Hesab edirəm ki, Polşa və Litvanın Rusiya ilə sərhədləri indi sülh dövründə möhkəmləndirilməli və laylı mina sahələri salınmalıdır. Müharibə zamanı sərhəd bölgələrində istehkamlar tikmək çox gec ola bilər. Mən inanıram ki, həm Litva, həm də Polşa güclü istehkamlar qurmağa başlamalıdır”,- deyə o bildirib.

Hazırda Avropada hərtərəfli müharibə təhlükəsinin olmadığını vurğulayan Skşiçak sözlərini belə davam etdirdi: “Ancaq biz yaxşı silahlanmış və motivasiyalı əsgərlərdən ibarət hərbi qüvvə hazırlamalı və yaratmalıyıq. Biz güclü olsaq, müharibə başlamaz”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla