AZ

Rusiyada yol polisinə silahlı hücum: 5 nəfər öldürüldü – VİDEO

Rusiya Federasiyasının cənubunda yerləşən Qaraçay-Çərkəz Respublikasında yol polisinə hücum edilib. İki polis məmuru həyatını itirib, beş nəfər hadisə yerində məhv edilib.

KONKRET.az xəbər verir ki, Qaraçay-Çərkəz Respublikası Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, “Hücum edənlər “Vaz-2109” markalı avtomobillə yol polisinin müvəqqəti buraxılış məntəqəsinə yaxınlaşıb, polis əməkdaşlarına qumbara atıb, sonra isə silahlardan atəş açıblar”.

Polis əməkdaşlarının atəşlə cavab verməsi nəticəsində beş hücumçu zərərsizləşdirilib. Hücum edənlərdən birinin üzərindəki partlayıcı işə düşüb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq