AZ

Premyer Liqa klubları yeni maaş limitinin tətbiqi üçün səs verəcəklər

style='margin-bottom:10px;'>

İngiltərə Premyer Liqası klubları effektiv maaş limitinin tətbiq edilib-edilməməsi ilə bağlı səsvermə keçirəcək.

QOL.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Limit klubların konkret bir futbolçuya nə qədər ödəyə biləcəyi ilə deyil, klubun ümumilikdə oyunçulara nə qədər xərcləyə biləcəyi ilə bağlı olacaq. Buraya maaşlar, transferlər və menecer haqları daxildir.

Təkliflərdən biri limitin liqada sonuncu yeri tutan klubun yayım gəlirindən əldə etdiyi məbləğin 4,5 mislinə bərabər olmasıdır. Bu təklif qəbul olunsa, limit 545 milyon avro təyin ediləcək.

Xəbərdə o da bildirilir ki, Premyer Liqa klublarının səsverməsi bu gün baş tuta bilər.

Seçilən
63
1
Mənbələr
Şərh ()
Bağla