AZ

İstehlak kreditləri ən çox artan və azalan banklar - AÇIQLANDI

Azərbaycanda istehlak kreditlərinin həcminin ən çox artdığı və azaldığı bankların adları açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan banklarının istehlak kreditlərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir.

Azərbaycanda istehlak kreditlərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.03.2024)

Ən çox istehlak krediti ayıran - BANKLAR MƏLUM OLDU

Renkinqə əsasən ölkədəki 23 bankdan 12-də istehlak kreditlərinin artımı, 11 bankda isə azalması baş verib. 

İlk rübün nəticələrinə əsasən rüblük müqayisə ilə ən çox artım “Ziraatbank Azərbaycan”da qeydə alınıb. Bu bankın istehlak kreditlərinin həcmində 2 dəfə (2,8 milyon manat) artım qeydə alınıb.

Qeyd edək ki, bu ilin ilk rübündə “Ziraatbank”ın istehlak kreditəri portfeli 5,5 milyon manat olub, cəmi 3 ay əvvəl - ötən ilin sonunda isə bu rəqəm 2,8 milyon manat olmuşdu.

«Premium Bank» da istehlak kreditlərini artırmağa çalışır, bankda belə kreditlərin həcmi 67,7% və ya 10 milyon manat artıb. 

«Bank VTB Azərbaycan»ın istehlak kreditləri isə 3 ayda 7,1 milyon manat və ya 9,6% böyüyüb.

Ölkənin bank sektorunun lideri olan “Azərbaycan Beynəlxalq Bankı istehlak kreditlərin həcmini məbləğ ifadəsi ilə ən çox artıran bank olub – 119,7 milyon manat və ya 8,7%.

«Yelo Bank» portfelin 5,6% və ya 11,6 milyon manat artımı ilə ilk beşlikdə yer alan banklar arasındadır.

Son dövrlər sürətlə «çəki itirən» «Naxçıvanbank»ın istehlak kreditləri portfeli ilin əvvəlindən bəri 7,6 dəfə azalaraq 6 milyon manatdan 800 min manata düşüb.

İstehlak kreditlərinin həcmində «Azərbaycan Sənaye Bankı»nda 1,2%, «Bank Avrasiya»da 1,1%, «Paşa Bank»da isə 0,4% azalma qeydə alınıb.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla