AZ

Şotlandiyanın müsəlman baş naziri istefa verir

Şotlandiyanın baş naziri və Şotlandiya Milli Partiyasının (SNP) lideri Həmzə Yusif istefaya gedir.

KONKRET.az xəbər verir ki, buna səbəb onun bu həftə keçirilməsi gözlənilən etimad səsverməsindən kifayət qədər dəstək ala bilməməsidir.

Qeyd edək ki, Həmzə Yusifin atası pakistanlı olub və 1960-cı illərdə Şotlandiyaya mühacirət edib, anası isə Keniyada Cənubi Asiya əsilli ailədə doğulub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla