AZ

Məmurlar ev bazarından çıxıb: İLGİNC SƏBƏB

Ölkədə evsiz insanların sayı kifayət qədərdir.

Bu da önemli bir faktdır ki, bir qrup imkanlı şəxslər davamlı olaraq çox sayda daşınmaz əmlak alırlar. Qeyd edək ki, son vaxtlar bir sıra vəzifə səlahiyyətindən sui-istifadə edən şəxslər öz cinayət əməllərinə görə vəzifədən uzaqlaşdırılaraq, əmlakları da müsadirə olunub. Belə olduğu təqdirdə isə daşınmaz əmlak bazarında da bir durğunluq yaranır. 

Belə vəziyyət mənzil bazarı üçün "təhlükəli" hesab edilirmi?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Cebhe.info"-ya bildirdi ki, əvvəlki illərdə daşınmaz əmlaka yatırım edən şəxslərin bir çoxu vəzifəli şəxslər idi ki, onlar hansısa formada əldə etdikləri gəlirləri mənzillərə, qeyri-yaşayış obyektlərinə yatırırdılar:

"Lakin daha sonra biz şahidi olduq ki, artıq bəzi işlərdə nöqsana yol vermiş vəzifəli şəxslərin həbsi nəticəsində onların bütün əmlakları mediada yayımlandı və əmlakları müsadirə olundu. 

Təbii ki, bu tip halllar baş verdikcə mənimsəmə yolu ilə əldə etdikləri gəlirləri  artıq daşınmaz əmlaklara yatırmırlar.  Burada söhbət yalnız həmin şəxslərdən getmir, bir qrup iş adamları da var ki, onlar da bu kimi siyahıları gördükdən sonra daşınmaz əmlaka yatırım etməyin gələcəkdə onlar üçün risk yarada biləcəyini və yaxud onların qanundankənar hər hansı bir hərəkətləri nəticəsində həbs olunan zaman əmlaklarının müsadirə olunacağından qorxaraq artıq yatırımı daha çox başqa sahələrə yönəldirlər. 

Bu tip hallar da daşınmaz əmlak bazarında müxtəlif formada alıcı azlığına gətirib çıxara bilir. İstənilən halda cinayət törətmiş şəxs öz cəzasını almalıdır. Ancaq əmlak bazarının hansısa formada qorunub saxlanılması üçün bu cür istintaq məsələləri geniş işıqlandırılmasa daha yaxşı olar. 

Çünki bu bir tərəfdən yaxşı olsa da, digər tərəfdən əmlak bazarında alıcı kütləsini azaldır və imkanlı insanlarda qorxu hissi yaradır. Bu səbəbdən artıq onlar daşınmaz əmlaklara yatırım etməkdən ehtiyat edirlər. Onsuzda ev alan şəxslər imkanlı şəxslərdir. Ancaq elə insan var ki, özü üçün ev alır, elə vətəndaşlar var ki, əldə etdikləri vəsaitləri bu sahəyə yatırır. 

Daha çox 10-30 ev alır və onların əmlaklarının ümumi dəyəri milyonlarla ölçülür. Gələcəkdə onların da bu cür həbs olunacağı və əmlaklarının müsadirə olunacağı qorxusundan onlar artıq daşınmaz əmlak almaqdan imtina edirlər. 

Təbii ki, hər kəs layiqli cəzasını almalıdır. Dövlətdən mənimsədiyi pullar dövlətə geri qayıtmalıdır. Onların taladığı pullarla əldə etdiyi əmlaklar geri qayıtmalıdır. Ancaq bu dövlətlə həmin şəxslər arasında olsa daha yaxşı olar ki, əmlak bazarına öz mənfi təsirni göstərməsin".


Telegram kanalımız
Seçilən
29
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3955
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3658
Bu yol qovşağında təmir işləri aparılacaq
3166
Bakıda hoteldə yanğın başlayıb
2736
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1843
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1699
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1555
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1482
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1472
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1288
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1268
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1183
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1178
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
991
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
965
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
950
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
939
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
885
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
857
Azərbaycan nefti ucuzlaşıb
794