AZ

İntihar etməyi düşünən insanlar daha çox bu sözləri işlədir

ABŞ-nin Milli Zorakılıq Ölümləri Hesabat Sistemində 17 il ərzində 271 998 intihar hadisəsi araşdırılıb.

"Unikal" xəbər verir ki, araşdırma "American Journal of Public Health"də dərc olunub. 

Tədqiqat işində kişi və qadın intiharlarını əhatə edən dosyelərin polis məlumat bazası hesabatlarından və ictimai səhiyyə qeydlərindən istifadə olunub. Verilənlər bazasında intihar qurbanlarının yarısından azı sənədləşdirilmiş psixi pozğunluğa malik olub və hətta daha azında onların nə vaxtsa psixi sağlamlıq və ya maddə asılılığı müalicəsi aldıqlarına dair sübutlar qeydə alınıb.   

Əhval-ruhiyyə, psixoloji vəziyyət və psixi sağlamlıq problemləri üçün ifadələr qadınların qeydlərində kişilərə nisbətən əhəmiyyətli dərəcədə daha çox olub. “Reanimasiya şöbəsi”, “terapiya” və “rifah yoxlaması” kimi müdaxilə ilə bağlı söz və ifadələr də qadınlar arasında qeydə alınıb. Bu, qadınların intihar etməmişdən əvvəl daha çox işlətdiyi ifadələrdir.

"Belə nəticə çıxır ki, intihara meyilli olan qadınlar çıxış yolu axtarır və onlar həkimə müraciət etməyi düşünürlər. Kişilərdə isə bunu demək çətindir", - araşdırmada bildirilib. 

 Digər tərəfdən, kişi intiharları ilə əlaqəli sözlər daha çox iş itkisi, alkoqoldan sui-istifadə, maliyyə stressi və ölüm zamanı qeyri-adi davranışa aiddir.

 Kişilərin hekayələrində qadınlardan daha çox rast gəlinən psixi sağlamlıq terminləri:

• xroniki psixi pozğunluqlar
 • qəribə davranış
• təşviş
• səhv etmək
• qavramamaq
• koqnitiv çətinliklər
• psixi və fiziki sağlamlıq problemlərinin əlamətləri
• özünə zərər vermə
• idrakda qətiyyətsizlik.

Araşdırmaya görə, intihara yaxın olan insanlar bu psixi pozğunluq müşahidə olunur. 

Gülayə Mecid 

 

Seçilən
113
49
Mənbələr
Şərh ()
Bağla