AZ

BİZİM TƏQVİM: 29 apreldə baş vermiş tarixi hadisələr

VII əsrin ortalarında Xilafət ordusu ərəb sərkərdəsi Salman ibn Rəbiənin başçılığı ilə Qafqaz Albaniyası ərazisinə (indiki Azərbaycan) hücum edib. Nəticədə Kür çayının sağ sahili ərəblər tərəfindən işğal olunub. Şirvan və Dərbənd qoşunları Xəzər xaqanının köməyilə azadlıq mübarizəsinə qalxıblar.

Ərəb qoşunları ilə xəzərlər arasında Bələncər adlanan yerdə baş vermiş döyüşdə Xilafət ordusu məğlubiyyətə uğrayıb. 653-cü il aprelin 29-da isə ərəb sərkərdəsi Salman ibn Rəbiə döyüş zamanı öldürülüb.

Bəs, aprelin 29-da dünyada daha hansı hadisələr baş verib?

1. 1916-cı ildə Kutül Ammare mühasirəsi zamanı Xəlil Kut Paşanın komandanlığı altındakı 6-ci Ordu aprelin 29-da İraq cəbhəsində Kutül Ammare qəsəbəsində İngiltərə-Mesopotamiya ordusunu təslim olmağa məcbur etdi.

2. 29 aprel 1918-ci ildə erməni-daşnak quldur dəstələri Gümrü (o vaxtkı Aleksandropol) şəhəri yaxınlığında azərbaycanlı türklərə qarşı kütləvi qətliam həyata keçiriblər. Əksəriyyəti qadın və uşaqlar olmaqla 3 min nəfər qətlə yetirilib. İki gün sonra (mayın 1-də) erməni dəstələri Qars yaxınlığındakı Şiştəpə və Düzkənd kəndlərində daha 600 azərbaycanlını öldürüblər.

3. 1920-ci ilin 29 aprelində Hiyaneti-Vataniya Qanunu qəbul olunub. Türkiyə Böyük Millət Məclisinə qarşı üsyanların genişləndiyi bir dövrdə qəbul edilən qanunun məqsədi Türkiyə Böyük Millət Məclisi ətrafında təşkilatlanmağı və birləşməyi təmin edək idi.

4. 29 aprel 1945-ci ildə Almaniya ordusu İtaliyada müttəfiqlərə qeyd-şərtsiz təslim oldu. Həmin gün müttəfiq qüvvələri Polşadakı Daçau Toplama Düşərgəsində tutulanları azad edib.

5. UNESCO-nun qərarı ilə fransız baletmeystreri Jan Jorj Noverin ad günü şərəfinə 1982-ci ildən 29 aprel Beynəlxalq Rəqs Günü olaraq qeyd olunur.

6. 29 aprel 1992-ci ildə Azərbaycan Cənubi Afrika Respublikası ilə diplomatik əlaqələr qurub.

7. 2002-ci ilin bu günündə Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan prezidentləri Əhməd Necdət Sezər, Heydər Əliyev və Eduard Şevardnadzenin iştirakı ilə təhlükəsizlik məsələlərinə həsr olunmuş zirvə görüşü keçirilib. Sammitin yekunu olaraq üç ölkənin daxili işlər nazirləri "Terrorizmin və ekstremizmin digər təzahürləri ilə mübarizə sahəsində əməkdaşlıq haqqında" saziş imzalayıblar.

8. 29 aprel 1993-cü ildə İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana hərbi təcavüzünü və Azərbaycan torpaqlarının işğalını pisləyən qətnamə qəbul edib.

29 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Böyük alman riyaziyyatçısı Karl Fridrix Qauss 1777-ci ilin bu günü dünyaya gəlib.

2. 1951-ci ilin 29 aprelində Şərqi Türküstanın Milli Qəhrəmanı Osman Batur xan Çin tərəfindən öldürülüb. Osman Batur Altay-Qazax türklərindən olan, Şərqi Türküstanın azadlığı üçün ruslar və çinlilərlə mübarizə aparan qəhrəman bir partizan olub. (1899-1951)

3. Azərbaycan hərbçisi, general-mayor Mir İbrahim bəy Talışinski 29 aprel 1894-cü ildə vəfat edib.

4. 29 aprel 1979-cu ildə Türkiyə teatrı və kinosunun görkəmli rejissoru və aktyoru Möhsün Ərtoğrul dünyasını dəyişib. (1892-1979)

5. Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın, Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadə 29 aprel 1916-cı ildə anadan olub.

6. 29 aprel 1919-ci ildə tanınmış kinorejissor, SSRİ Xalq artisti, Azərbaycan və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər İbrahimov dünyaya gəlib.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
113
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4310
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3804
Bu yol qovşağında təmir işləri aparılacaq
3346
Bakıda hoteldə yanğın başlayıb
2859
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1976
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1798
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1627
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1587
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1584
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1405
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1380
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1294
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1281
Azərbaycan nefti ucuzlaşıb
1233
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1075
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1058
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1057
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1049
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
1003
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
918