AZ

94 ildən sonra II Ramzesin heykəlinin yarısı da tapılıb - Foto

94

Bir neçə gün əvvəl avropalı arxeoloqlar qrupu Misirdə qazıntılar zamanı aşkar olunmuş heykəl parçasının kimə məxsus olduğunu açıqlayıblar. Bu heykəldə təsvir edilmiş şəxsin Misirin əfsanələşmiş fironu və tarixi şəxsiyyət II Ramzes olduğu ortaya çıxıb.

Reyting.az
-ın məlumatına görə, bu dəfə heykəlin yarısı tapılıb: böyük fironun üzü yaxşı qorunub saxlanılıb.

Tədqiqatçılar deyiblər ki, artıq bu tapıntı nəticəsində onlar qədim Misirin ən böyük və məşhur hökmdarlarından birinin - II Ramzesin heykəlini tam yığa biləcəklər.

Xarici mənbələrə istinad edən Rusiyanın "Elm" nəşri yazır ki, Kolorado Boulder Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi arxeoloqlar qrupu Misirin Əl-Aşmuney şəhərindəki bir ərazidə II Ramzesin öz dövründə hazırlanan və itmiş hesab olunan heykəlinin parçasını uzun axtarışlardan sonra təsadüfən tapa biliblər. Tədqiqatçılar bildiriblər ki, II Ramzes tarixi şəxsiyyətdir, o təxminən eramızdan əvvəl 12 əsrdə Qədim Misiri idarə edib.

Xatırladaq ki, bu heykəlinin ilk hissəsini 1930-cu ildə almaniyalı alim, arxeoloq Günter Röder tapıb. İndi isə bu heykəli bütöv halda bərpa edib, nümayiş etdirmək mümkün olacaq. II Ramzesin heykəlinin yarısı Qahirədən 240 kilometr cənubda yerləşən qədim Hermopolis adlı şəhərin xarabalıqlarında tapılıb. Heykəlin bu hissəsi 3,8 metrdir. Tədqiqatçıların və alimlərin fikrincə, heykəlin tam uzunluğu təxminən 7 metr hündürlüyündədir.



Amerika-Misir ekspedisiyasının üzvləri qeyd ediblər ki, onlar II Ramzesin heykəlinin fraqmentini xüsusi olaraq bu yerdə axtarmayıblar. Heykəlin həmin ərazidə ola biləcəyi barədə onlarda məlumatlar olsa da, axtarışda məqsəd qədim mətnləri olan papirusu tapmaq olub.

Bu böyük tapıntı isə Britaniya Muzeyinin 1980-ci illərdə Hermopolisdə apardığı ilk qazıntının yeni və uğurlu davamı kimi də qiymətləndirilib.

İndi arxeoloqlar heykəlin iki hissəsinin də birləşdirilə biləcəyini düşünürlər. Bərpa prosesi başa çatdıqdan sonra isə onlar bütöv heykəli muzeyə göndərəcəklər.

Onu da qeyd edək ki, II Ramzes qədim Misirin ən məşhur fironlarından biri kimi tanınıb. O, tarixdə dövrünün ən uğurlu fironlarından biri hesab olunur. II Ramzes obraz kimi hətta bədii ədəbiyyatda, eləcə də kinoda bir sıra maraqlı personajların prototipinə çevrilib.

Tarixçilər qeyd edirlər ki, Misirin ən məşhur fironlarından biri II Ramzes qədim Misirin XIX firon nəslinin hökmdarı olaraq qanuni varis kimi taxta çıxıb. II Ramzesin varisi isə onun yolunu davam etdirən Merneptax olub.

Alimlərin təxminlərinə görə, II Ramzes 1304-1237-ci illərdə yaşayıb və 1237-ci ildə 67 yaşında ölüb. O, qədim Misirdə həm də ən qəddar və qurucu, islahatlar tərəfdarı kimi də tanınıb.

Oqtay QORÇU
Seçilən
117
35
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16448
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16104
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15614
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13642
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12439
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9665
"Zaur, yenə çaşdın..." - VİDEO
7930
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6173
Minimum əmək haqqı nə qədər arta bilər?
6095
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Çingiz Mustafayevin toyudur - FOTOLAR
5339
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5279
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5246
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4524
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4287
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4203
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3282
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3273
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3053
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
3016