AZ

30 ilin hər gününü vətən həsrəti ilə yaşamışıq - Füzuli sakini

Bakı. Trend:

Ötən 30 ilin hər gününü biz vətən həsrəti ilə yaşamışıq.

Bunu Trend-əaçıqlamasında Füzuli sakini Şirxan Muradov deyib.

Onun sözlərinə görə, Füzulini 34 yaşında tərk edib. İndi 65yaşında doğma yurda qayıdır.

"Keşməkeşli məcburi köçkün həyatından sonra, şükürlər olsunartıq öz yuvamıza dönürük. Bu gün biz Prezidentimizin rəhbərliyinəticəsində yurdumuza geri dönürük. Allah şəhidlərimizə rəhməteləsin, qazilərimizə cansağlığı versin", -deyə o bildirib.

Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə - 153 nəfər yola salınıb.Bununla da Füzuli şəhərində 822 ailənin, yəni 3 132 nəfərin daimiməskunlaşması təmin edilib.

Məqalədə:
Seçilən
69
2
Mənbələr
Şərh ()
Bağla