AZ

Türkiyədə İŞİD və PKK ilə əlaqəli olan 200-ə yaxın şəxs saxlanılıb

Bakı. Trend:

Türkiyə polisi və jandarmeriya qüvvələri ölkənin 40 vilayətindəəməliyyat keçirib, nəticədə “İslam Dövləti” (İŞİD) və PKK terrorqruplaşmalarının fəaliyyətində iştirak etməkdə şübhəli bilinən200-ə yaxın şəxs saxlanılıb.

Trend-inməlumatına görə, bu barədə Türkiyə daxili işlər naziri AliYerlikaya "X" sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, Təhlükəsizlik Baş İdarəsinin kəşfiyyatidarəsi və terrorla mübarizə şöbəsinin birgə səyi nəticəsindəölkənin 6 vilayətində İŞİD-ə qarşı əməliyyatlar keçirilib.A.Yerlikaya qeyd edib ki, Adana, Aydın, Çorum, Qaziantep, Kayserivə Mersin vilayətlərində 38 şübhəli bilinən şəxs saxlanılıb, küllimiqdarda rəqəmsal materiallar və xeyli miqdarda xarici valyuta vətürk lirəsi ələ keçirilib.

Nazir əlavə edib ki, Ankara, Antalya, İzmir, İstanbul və ölkəninşərq və cənub-şərqindəki bölgələr də daxil olmaqla 34 əyalətdəPKK-ya qarşı reydlər keçirilib. O bildirib ki, bu əməliyyatlar BaşProkurorluq, Jandarmeriya Baş İdarəsi və Təhlükəsizlik Baş İdarəsiarasında əməkdaşlıq çərçivəsində həyata keçirilib və PKK terrortəşkilatına yardım və ya iştirakda şübhəli bilinən 147 nəfərsaxlanılıb.

Məqalədə:
Seçilən
56
2
Mənbələr
Şərh ()
Bağla