AZ

Əsəd: “Nəticə olmayacağını bildiyimiz halda belə, cəhd etməliyik”

Suriya Ərəb Respublikasının prezidenti Bəşər Əsəd Qərblə təmas qurmaq istədiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, o bəyan edib ki, Suriya hakimiyyəti Amerika administrasiyasının nümayəndələri ilə görüşür.

Suriya prezidenti ölkələr arasında rəsmi münasibətlərin olmadığını bildirib. Əsəd Qərb ölkələri ilə normal dialoq qurmaq fürsətinə ümid etdiyini bildirib.

“Hər zaman ümid var. Nəticə olmayacağını bildiyimiz halda belə, cəhd etməliyik”, – nəşr onun sözlərini sitat gətirir.

Bəşər Əsəd bildirib ki, ABŞ Suriyanın bir hissəsini qanunsuz olaraq işğal edib. Bu barədə danışarkən Amerika hərbçilərinin ölkənin cənub-şərqində və şimal-şərqində olması nəzərdə tutulur.

Xatırladaq ki, aprelin sonrlarında İraq Suriyanın şimal-şərqindəki ABŞ hərbi bazasına ən azı 5 raket zərbəsi endirib. Xarici xəbər agentliklərinin məlumatına görə, bu, fevralın əvvəlindən regionda ABŞ hərbi qüvvələrinə qarşı ilk hücumdur.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla