AZ

Tatlısəs oğlunu mirasından məhrum edəcək

Türkiyəli müğənni İbrahim Tatlısəsin nəvəsi Mert Tatlını Sarıyerdəki evindən çıxartması oğlu Ahmet Tatlını özündən çıxarıb.

Day.Az axşam.az-a istinadən bildirir ki, Ahmetin "Əqli cəhətdən sağlam deyil" sözləri İbrahimi əsəbiləşdirib. O, "Sağlamlıq kağızı almaq üçün 5 xəstəxanaya getdim, hamısından "ruhi sağlamlıq" hesabatı verdilər" deyə, İbrahim bildirib.

O, oğlunun mirasından məhrum etməklə hədələyib:

"İndi biləcək ata-oğul münasibəti necə olur. Bodrumda 4 evin hamısını ondan alacağam. Ona verdiyim 7 dükanı xaraba qoyub. İndi qardaşlarının mirasına göz tikib. Artıq rahat yaşamaq yoxdur".

Qeyd edək ki, Ahmetin oğlu Mert 6 ildir babasının evində yaşayırdı.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla