AZ

Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI

Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya üzrə keçmiş dövlət naziri Aleksey Petriaşvili Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən aksiyada polis tərəfindən inzibati qaydada saxlanılıb.

Publika.az xəbər verir ki, TASS bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Bildirilib ki, Petriaşvilinin polisə tabe olmamağa və xırda xuliqanlığa görə inzibati qaydada həbs edildiyi bildirilir.

Bundan əvvəl gürcü polisinin Tbilisinin mərkəzində etirazçılara qarşı bibər qazından istifadə etdiyi məlum olub.

Bundan az əvvəl dəbilqə, qaz maskası və qalxan taxan xüsusi təyinatlılar parlamentin qarşısına çıxıblar. Xüsusi texnika, o cümlədən su vuran avtomobillər əraziyə yeridilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
48
publika.az

10Mənbələr

Şərh ()
Bağla