AZ

Dubayda dünyanın ən böyük hava limanı tikiləcək

Dubayda

Bakı, 29 aprel, AZƏRTAC

Dubay hakimiyyəti şəhərin cənub hissəsində yerləşən Əl-Məktum Beynəlxalq Hava Limanında yeni sərnişin terminalının tikintisinə 128 milyard dirhəm (34,8 milyard dollar) ayıracaq.

AZƏRTAC xəbər verir ki, bunu Dubay Əmiri, BƏƏ-nin Baş naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum deyib.

"Bu gün biz Əl-Məktum Beynəlxalq Hava Limanında yeni sərnişin terminalının layihəsini təsdiqlədik. Dubay Aviasiya Korporasiyası tərəfindən hazırlanmış strategiyanın bir hissəsi olaraq sərnişin terminalının tikintisinə göstəriş verdik", - BƏƏ-nin Baş naziri bildirib.

Onun sözlərinə görə, yeni terminal ildə 260 milyondan çox sərnişin tutumu ilə dünyanın ən böyük hava limanlarından birinə çevriləcək. 400 təyyarəni qəbul edə bilən yenilənmiş nəqliyyat qovşağının beş paralel uçuş-enmə zolağı ilə təchiz ediləcəyi gözlənilir.

"O, hazırkı Dubay Beynəlxalq Hava Limanından 5 dəfə böyük olacaq", - məlumatda deyilir.

Seçilən
95
12
Mənbələr
Şərh ()
Bağla