AZ

İslam İnkişaf Bankı Qrupu qızıl yubileyini qeyd edir (VİDEO/FOTO)

Ər-Riyad. Trend:

Ər-Riyadda İslam İnkişaf Bankı Qrupunun (İİB) 50 illiyinə həsrolunmuş tədbir keçirilib.

Trend xəbər verir ki, İki Müqəddəs Ocağın Xadimi Kral Salman binƏbdüləziz Əl Səudun nitqini Ər-Riyad vilayətinin qubernatoru Feysəlbin Bəndər bin Əbdüləziz Əl Səud oxuyub.

BMT-nin Baş katibi Antonio Quterreş videomüraciətində İİB-ninfəaliyyətinin üzv ölkələrin və bütün dünyada müsəlman icmalarının,xüsusilə də son böhran dövründə inkişafına mühüm töhfə verdiyini vəgələcəkdə də mühüm rol oynayacağını bildirib.

"Biz daha çox özəl maliyyənin səfərbər edilməsi də daxilolmaqla, uzunmüddətli maliyyə imkanlarının sürətlə artırılmasınaümid edirik. Birləşmiş Millətlər Təşkilatı bu səylərdə sizintərəfdaşınız və müttəfiqinizdir və mən sizə növbəti 50 ildə ən xoşarzularımı çatdırıram", - deyə o bildirib.

Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru KristallinaGeorgiyeva qeyd edib ki, İİB peşəkarlıqla və çox dərin öhdəliklərləöz işini görür:

"Böhran anında təşkilat tez kömək əlini uzatdı. İslam İnkişafBankının rolu getdikcə artır".

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti OdilRenaud-Basso bildirib ki, bu illər ərzində AYİB və İslam İnkişafBankı bir sıra ölkələrdə və regionlarda uğurla əməkdaşlıqediblər:

"Biz müəssisələrimiz arasında möhkəm əlaqələri davam etdirməyivə kollektiv təsirimizi maksimum dərəcədə artırmağına ümidedirik".

Tədbirdə fəxri qonağa hədiyyə təqdim olunub.

İslam
İslam
İslam
İslam
İslam
Seçilən
71
1
Mənbələr
Şərh ()
Bağla