AZ

Premyer Liqa: “Arsenal” və “Mançester Siti” səfərdə sevindilər

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 35-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Bornmut” doğma meydanda “Brayton”a 3 cavabsız qolla qalib gəlib.

“Tottenhem”lə “Arsenal” arasında baş tutan və beş qolun qeydə alındığı London derbisində “topçular” qələbə qazanıblar.

Səfərdə “Nottingem Forest”lə qarşılaşan son çempion “Mançester Siti” də turu inamlı qələbə ilə başa vurub.

Beləliklə, 35 turdan sonra 80 xal toplamış “Arsenal” vahid liderdir. Bir oyun az keçirmiş “Mançester Siti” isə 79 xalla potensial lider statusundadır. “Liverpul” 75 xalla 3-cü, “Aston Villa” 67 xalla 4-cü, “Tottenhem” 60 xalla 5-ci, “Mançester Yunayted” 54 xalla 6-cı pillədə qərarlaşıb. “Nyukasl”ın 53, “Vest Hem”in 49, “Çelsi” və “Bornmut”un 48 xalı var.

İngiltərə, Premyer Liqa
35-ci tur
27 aprel

Vest Hem – Liverpul 2:2
Qollar: Bouen, 43. M.Antonio, 77 – Robertson, 48. Areola, 65-öz qapısına.

Fulhem – Kristal Pelas 1:1
Qollar: Rodriqo Munis, 52 – Şlupp, 87.

Mançester Yunayted – Börnli 1:1
Qollar: Antoni, 79 – Amduni, 87-pen.

Nyukasl – Şeffild Yunayted 5:1
Qollar: A.İsak, 26; 61-pen. B.Gimarayns, 26. Osborn, 65-öz qapısına. K.Uilson, 72 – Ahmedhodziç, 5.

Vulverhempton – Luton Taun 2:1
Qollar: Hvanq, 39. Toti, 50 – Morris, 80.

Everton – Brentford 1:0
Qol: Qeye, 60.

Aston Villa – Çelsi 2:2
Qollar: Kukurelya, 4-öz qapısına. Rocers, 42 – Madueke, 62. Qallaxer, 81.

28 aprel

Bornmut – Brayton 3:0
Qollar: Senesi, 13. E.Ünal, 52. Kluyvert, 87.

Tottenhem – Arsenal 2:3
Qollar: Romero, 64. Son, 87 – Hoyberq, 15-öz qapısına. Saka, 27. Haverts, 38.

Nottingem Forest – Mançester Siti 0:2
Qollar: Qvardiol, 32. Haland, 71.

Seçilən
166
19
Mənbələr
Şərh ()
Bağla

Reytinq