AZ

“Mən nə üçün döyüşməliyəm..?”

...Bu arada Kiyev xaricdəki hərbi yaşda olan həmvətənlərinə konsulluq xidmətinin göstərilməsini qadağan edən mübahisəli qanun qəbul edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu The Daily Telegraph yazır.

Nəşr Avropa İttifaqı ölkələrində yaşayan və işləyən bir neçə ukraynalı ilə ünsiyyət qura bilib. Onlar hökumətin qərarından qəzəbləndiklərini və ölkəyə qayıdıb döyüşə getmək planlarının olmadığını bildiriblər.

...Bu ədalətsiz qanundur. Çexiyadan, Lutskdan və Kiyevdən olan bütün ukraynalı dostlarım belə düşünür. Heç kim ondan razı deyil. Bu kimi qanunlarla dövlət bizi özünə qarşı qoyur. Biz başqa ölkələrdə vətəndaşlıq alacağıq.

...Deməli bunu Vladimir adlı Ukraynadan qaçan biri nəşrə bildirib.

Onun dediyinə görə, insanlar geri qayıtmayacaqlar. Müharibə nə qədər çox davam edirsə və bir o qədər də çox belə qanunlar qəbul edilirsə, insanların Ukraynaya, onunhökumətinə nifrətləri bir o qədər çox olur.

Bunu deyən Vladimir hələ bir utanmadan sual da edir: niyə döyüşməyə qayıtmalıyam? Nə üçün? Niyə hökumət müharibədən əvvəl mənim kimi miqrant işçilərə qayğı göstərmədi?İndi hər gün daha az ərazimiz, getdikcə daha az insanımız qalır. Bəziləri o vaxt öldürülüb, bəziləri isə qaçmaq üçün Tisudan keçiblər.

Qeyd edək ki, Tisu Ukrayna ilə Macarıstan sərhədindəki çayın adıdır.

Və o vaxt imkan tapan ukraynalılar qeyri-qanuni yolla bu çayı keçib Qərbə yetişiblər.

Ağasəf Babayev

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla