AZ

Super Liqa: “Alanyaspor” 3 xalı 6 cavabsız qolla qazandı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Rizəspor” – “Ankaragücü” matçında qalib müəyyənləşməyib.

“Alanyaspor” doğma meydanda “İstanbulspor”a 6 cavabsız qolla qalib gəlib.

“Trabzonspor” da “Qaziantep”lə 6 qolluq ev oyunundan əzmkar və inamlı qələbə ilə ayrılıb.

“Pendikspor” isə “Kayserispor”la ev oyununda məğlubiyyətə üzülüb.

Super Liqada 34-cü tura sabah keçiriləcək “Fatih Karagümrük” – “Antalyaspor” matçı ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
34-cü tur

26 aprel

Adana Dəmirspor – Qalatasaray 0:3
Qollar: H.Ziyeş, 53. K.Demirbay, 64. M.İkardi, 90+1.

27 aprel

Kasımpaşa – Samsunspor 1:0
Qol: A.Kara, 3.

Sivasspor – Konyaspor 1:0
Qol: Manay, 86.

Fənərbaxça – Beşiktaş 2:1
Qollar: Batşuayi, 30. İ.C.Kahveci, 69 – C.Tosun, 82.

Hatayspor – Başakşəhər 1:2
Qollar: Renat Dadaşov, 73 – K.Pyontek, 5. O.Kemen, 69.

28 aprel

Alanyaspor – İstanbulspor 6:0
Qollar: O.Aydın, 2; 90+2. Yanvye, 8; 28. Balkoveç, 55. Koka, 67.

Pendikspor – Kayserispor 1:2
Qollar: Ndiaye, 7 – Boa Morte, 45+2. Burabiya, 56.

Rizəspor – Ankaragücü 2:2
Qollar: Qaiç, 25. Olavoyin, 32 – Bayiç, 56. Q.Rodriqes, 90+9.

Trabzonspor – Qaziantep 4:2
Qollar: Onuaçu, 50; 66; 68. Bardi, 65 – Soresku, 12. Draquş, 21.

29 aprel

21:00. Fatih Karagümrük – Antalyaspor

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla