AZ

İstanbulda dəhşətli qəza: Səkkiz avtomobil bir-birinə çırpıldı - FOTO/VİDEO

Türkiyənin İstanbul şəhərində Beşiktaş istiqamətində hərəkət edən avtomobilin sürücüsünün idarəetməni itirməsi zəncirvari qəzanın baş verməsinə səbəb olub.

Avtomobil yolla gedən digər avtomobillərə çırpılaraq iki maşının üstündən asılı vəziyyətdə qalıb. İlkin məlumata görə, səkkiz avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada səkkiz nəfər xəsarət alıb.

Hadisə yerinə sağlamlıq, xilasetmə və polis qrupları cəlb ediliblər.

Təcili tibbi yardım əməkdaşları tərəfindən altı nəfərə yerində tibbi yardım göstərilib, iki nəfər isə xəstəxanaya aparılıb.

Qəzaya uğrayan lüks “Maserati” markalı avtomobilin sürücüsünün millət vəkilinin qardaşı oğlu olduğu bildirilir.

Mənbə: ensonhaver.com

Seçilən
71
2
Mənbələr
Şərh ()
Bağla