AZ

"Məni hesabdan silməyə tələsməyin" dedi - Dar günün dostu

Yox, tələsməsinlər.

O, hələ lazımdır.

Hələ deyərkən… Minimum daha bir neçə il.

Yusif İmanovdan danışıram. Qeyri-sabit mövsüm keçirən, əsas heyətdə az-az meydana çıxan və kölgəyə çəkilmiş qapıçıdan.

Yusif «Qarabağ»ın yetirməsidir. Özünü «Sabah»da tapdı. Sabah da burada qalsa, «Sabah» ondan fayda görər.

«Səbail» ilə qarşılaşmada etdiyi seyvlər İmanovun onu hesabdan silənlərə cavabıdır. Yaxşı cavab verdi.

Yusif hər iki hissədə qurtarışlarıyla yadda qaldı və Krunoslav Renduliçi gümüş medal barədə inamlı danışmağa inandırdı. Xorvatiyalı ikinci yer haqda söz aça bilməsinə görə yerli qapıçısına minnətdar olmalıdır.

Öz növbəsində Yusif də Renduliçə «sağ ol» deməlidir. Belə həssas dönəmdə qapını ona etibar etdiyinə görə.

Yeni baş məşqçinin gəlişi hücum xəttini canlandırıb. İlk vaxtlarla müqayisədə indi daha məhsuldar çıxış edirlər.

Müdafiə zonasındakı problemlər isə xeyir, hələ qalmaqdadır. «Səbail»ə bir neçə boşluqlar verdilər, arxaya atılan toplarda təhlükəni önləməyə gec qaldılar, Yusif dar günün dostu kimi köməyə yetişdi.

Sübut etdi ki, qarşıdakı həftələrdə də «1 nömrə» olmağa layiqdir.

ELNUR

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla