AZ

"Qarabağ"la oynamağı bacarırıqsa, avrokuboklarda da yaxşı çıxış edə bilərik"

style='margin-bottom:10px;'>

"Matç, atmosfer, azarkeşlər möhtəşəm idi. Fanatlara təşəkkür edirəm. Çağırış edirəm ki, bütün oyunlarda belə atmosfer yaratsınlar. Futbolçular da bu gün möhtəşəm oynadı. "Qarabağ"la matçda bu dönəmdə 3 xal qazanmaq vacib idi. "Qarabağ"a avrokuboklarda uğurlar arzulayıram. Həmişə Azərbaycanı layiqincə təmsil ediblər. Bundan sonra da onlara uğurlar arzulayıram".

QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın məşqçisi Mübariz Orucov Misli Premyer Liqanın 32-ci turunun "Qarabağ"la görüşdən (1:0) sonra keçirilmiş mətbuat konfransında deyib.

- Ehtiyatda daha təcrübəli qolkiper Orxan Sadıqlı olsa da, Xəyal Fərzullayevi meydana buraxdınız. Riskli addım deyildi?

- Xəyal haqda danışmaq istəyirdim. Debüt etdi, özü də "Qarabağ" kimi rəqiblə oyuna çıxmışdı. Oyundan sonra alnından öpdüm. Bəli, Orxan Sadıqlı da var idi. Amma qapıçı məşqçisi və Samir Abasovla da məsləhətləşdik ki, Xəyala şans verək. Özünü də doğrultdu. Xəyalı təbrik edirəm, debütünü möhtəşəm qələbə ilə qeyd etdi.

- "Qarabağ"la oyuna hazırlıq müddətində baş məşqçi Samir Abasov İspaniyada səfərdə idi. Komandanı oyuna kökləməkdə Abasov sizə dəstək oldu?

- Gündə bir neçə dəfə Samir Abasovla əlaqə saxlayırdıq. O, bizə tapşırıqlarını verirdi. Düzdür, komandanı oyuna mən çıxarmışdım, amma bu Samir Abasovun komandasıdır, onun əziyyətidir. Həftəboyu danışmışıq, məsləhətləşmişik. İspaniyada olsa da, sanki bütün günü bizimlə idi.

- "Qarabağ" üzərində qələbə komandaya qarşıdakı oyunlarda əlavə motivasiya verəcək?

- Əlbəttə ki, motivasiya verəcək. Futbolçular dərk edir ki, bundan sonra hər oyun finala bərabərdir. Bu gün həmin matça final ab-havasında çıxmışdıq. Geriyə yox yoxdur. Hər oyunun mahiyyəti eynidir.

- "Sumqayıt"ı avrokuboklarda düşünürsünüz? Futbolçuları buna inandıra bilmisiniz?

- Bu gün Avropanın ən güclü komandalarından birinə qarşı oynadıq. Futbolçulara oyundan qabaq dedim ki, avrokuboklarda oynamaq istəyiriksə, "Qarabağ" elə ən yaxşı rəqibdir. Bu dəqiqə onlar "böyük beşlik" komandalarından geri qalmır. "Qarabağ"la oynamağı bacarırıqsa, demək ki, avrokuboklarda da yaxşı çıxış edə bilərik. Bunu futbolçular dərk edirlər.(sportal.az)

Seçilən
56
2
Mənbələr
Şərh ()
Bağla