AZ

“Trabzonspor” doğma meydanda “Qaziantep”i məğlub etdi

Türkiyə Superliqasında 34-cü turun növbəti oyunları keçirilib.

"Unikal" xəbər verir ki, günün ən bol qollu görüşlərindən biri Trabzon şəhərində baş tutub."Trabzonspor" və "Qaziantep" komandaları arasındakı qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunlarında "Alanyaspor" "İstanbulspor"u 6:0, "Kaysərispor" "Pendikspor"u 2:1 hesabı ilə məğlub edib. "Rizəspor" - "Ankaragücü" görüşü isə heç-heçə ilə bitib - 2:2.

Bu nəticədən sonra xallarını 58-ə çatdıran "Trabzonspor" üçüncü pillədə qərarlaşıb. "Qaziantep" isə 34 xalla on altıncı yerdədir. Turnir cədvəlinə 93 xalla "Qalatasaray" başçılıq edir.

Seçilən
147
7
Mənbələr
Şərh ()
Bağla