AZ

Belarus ovçulardan snayperlər hazırlayacaq

Belarusun Müdafiə Nazirliyi ovçuları snayper kimi yenidən hazırlamağa başlayıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Belarus Ovçular və Balıqçılar Cəmiyyətinin sədri İqor Şuneviç bildirib.

"Bu gün belə mütəxəssislərin cəlb edilməsi, onların yenidən hazırlanması üçün sistem yaradılıb və yaradılır. Biz o insanların potensial sayını tədricən artıracağıq ki, lazım gələrsə, mütəxəssis kimi hərbi əməliyyatlara qoşula bilərlər", - deyə Şuneviç bildirib.

Qeyd olunur ki, 60 minə yaxın ovçu cəmiyyətin üzvüdür.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla