AZ

Bayraktar: "Rusiya ilə razılaşmalar Türkiyənin enerji böhranından yayınmasına kömək edib"

Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, Rusiya ilə qaz tədarükü müqavilələri Ankaraya enerji böhranından yayınmasına kömək edib.

APA xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Məqalədə deyilir ki, Moskva ilə rəqabətli sövdələşmələr Ankaraya Qərbi bürüyən enerji böhranından yan keçməyə yardım edib.

Rusiya Türkiyəyə ən böyük təbii qaz tədarükçüsü olaraq qalır. 2023-cü ildə Türkiyədə istehlak olunan qazın 40%-dən çoxu Rusiyanın payına düşüb. Rusiyadan Türkiyəyə qaz əsasən boru kəmərləri ilə gəlir.

Seçilən
66
2
Mənbələr
Şərh ()
Bağla