AZ

3x3 basketbol turnirinin qalibləri müəyyənləşib - FOTO

Aprelin 27-28-də dövlət qurumları arasında 3x3 basketbol turniri keçirilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 12 dövlət qurumu təmsil olunub.

Gənclər və İdman Nazirliyinin həyətində xüsusi quraşdırılmış basketbol meydançasında təşkil olunan yarışda qadınlar arasında Azərbaycan Hava Yolları, SOCAR və Gənclər və İdman Nazirliyi fərqləniblər.

Kişilərin yarışında isə Fövqəladə Hallar Nazirliyi birinci olub. Dövlət Gömrük Komitəsi və Azərbaycan Hava Yolları müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

İdman.biz

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla