AZ

Özünüz “pis” olsanız da, amma dərmanlarınız elə də pis deyil..?

...Latviyanın Səhiyyə Nazirliyi Rusiya və Belarusdan gələn dərmanların dəyişdirilməsinə qarşı çıxıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Latviyanın TV3 telekanalı yayımlayıb.

...Latviya Rusiyada istehsal olunan tibbi mallar və dərmanları eləcə də onların xammalını almağa davam edir. Çünki onların əvəzediciləri yoxdur, ona görə də Səhiyyə Nazirliyi Rusiya və Belarusda istehsal olunan malların dövlət, bələdiyyə satınalmalarına qadağa qoyulması planını dəstəkləmir.

...Qeyd edək ki, Latviyada qeydiyyatda olmayan, lakin hələ də xəstələr üçün zəruri olan dərmanların demək olar ki, 10 faizini Rusiya və ya Belarusdan gətirilir.

Amma bu,hələ ki, Latviyanın Rusiya əleyhinə siyasət yürütməsinə mane olmur.

Belə ki, Riqa daha əvvəl 2026-cı ildən rus dilinin ikinci xarici dil kimi öyrənilməsindən imtina etmək niyyətini açıqlamışdı. Qaydalar qüvvəyə minən kimi məktəblilər ikinci xarici dil kimi yalnız Avropa İttifaqında danışılan dilləri, əsasən alman, fransız və ispan dillərini seçə biləcəklər.

...Rusların iddiasına görə, guya bu yeniliklər ölkə vətəndaşları arasında hiddət dalğasına səbəb olub - Respublika Təhsil Nazirliyinə qərarlarına yenidən baxmaq tələbi ilə 300-dən çox müraciət daxil olub.

...Lakin rəsmi Riqa bundan imtina edib.

Nazlı

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla