AZ

Makron "Avropanı müdafiə etmək üçün" radikal addım atmağa hazırdır

"Biz Avropanın kollektiv təhlükəsizliyində Fransanın nüvə çəkindirici rolu haqqında strateji dialoqa hazırıq..."
 
"Rusiya qalib gələrsə, Ukrayna təslim olarsa, rumınlar, moldavanlar və polyaklar onilliklər ərzində özlərini təhlükəsiz hiss etməyəcək..."
 
Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Rusiya tərəfindən təhlükələrdən "Avropanın etibarlı müdafiəsi" çərçivəsində Fransanın nüvə döyüş başlıqlarından istifadə edilməsinin müzakirəsinə hazırdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Fransanın DNA nəşri yazıb. Məlumatı "unian.net" nəşri yayıb.
 
"Mən raketdən müdafiə sistemləri, uzaqmənzilli silahlardan atəşlər, özünün malik olduğu və ya öz ərazisində olan Amerikanın nüvə silahı barədə debatlara başlamağın tərəfdarıyam", - Makron bu barədə Strasburqda Avropa Məktəbinin gəncləri ilə görüşündə bəyan edib.
 
"Fransa öz fərdiliyini saxlayacaq, lakin Avropa torpağının müdafiəsinə öz böyük tövhəsini verməyə hazırdır", - o, əlavə edib.
 
Makron vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin "yeganə məqbul nəticəsi" müvəqqəti atəşkəs deyil, "beynəlxalq hüquqa və mülki əhalinin hüquqlarına hörmət edilən" möhkəm sülhün bərqərar edilməsidir.
 
"Əgər biz Rusiyaya qalib gəlməyə imkan versək, Ukrayna isə təslim olsa, o zaman rumınlar, moldavanlar və polyaklar onilliklər ərzində özlərini təhlükəsiz hiss etməyəcək. Biz həqiqətən öz təhlükəsizliyimiz naminə, Avropanın gələcəyi naminə işləyirik", - Fransa prezidenti deyib.
 
"Politico" jurnalı qeyd edir ki, təxminən 300 nüvə döyüş başlıqlarına malik olan Fransa Avropa İttifaqının yeganə nüvə dövlətidir.
 
"Makron son həftələr Rusiyaya qarşı Ukraynaya tammiqyaslı hərbi müdaxilə ilə bağlı getdikcə daha sərt mövqe sərgiləyir və ilk dəfə deyil ki, Fransanın nüvə silahından Avropa İttifaqının müdafiəsi üçün istifadə edilməsini təklif edir.
 
İlk dəfə Makron belə addım atmağa 2020-ci ildə eyham vurub və "Avtopanın kollektiv təhlükəsizliyində Fransanın nüvə çəkindirici rolu haqqında strateji dialoqa çağırış edib.
 
Bununla da ABŞ-ın nüvə silahı olan Almaniya ilə bu məsələnin müzakirəsinə başlamağa cəhd edib. Daha sonra Fransa 2022-ci ildə bu təklifi təkrarlayıb. Hələ ki, Berlin Fransa prezidentinin bu təklifini qəbul etməyib", - "Politico" yazıb.
 
Yanvar ayında alman müxalifətinin bir hissəsi olan Avropa sağ mərkəzçi Xalq Partiyasının lideri Manfred Veber bəyan edib ki, Avropa Makronun təklifini qəbul etməlidir.
Seçilən
38
50
Mənbələr
Şərh ()
Bağla