AZ

Bölgə stadionunda qorxulu anlar yaşandı, rəsmilər hərəkətə keçdi

Premyer Liqanın 31-ci turunun "Turan Tovuz" - "Sumqayıt" oyununun gedişində arenada olan hər kəs qorxulu anlara şahidlik etdi.

Belə ki, əsən güclü külək işıq dirəklərini əməlli-başlı silkələyirdi.

Bildiyiniz kimi, 2023-cü il dekabrın 23-də keçirilən “Turan Tovuz” - “Araz-Naxçıvan” qarşılaşmasının gedişində Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb.

Hər kəsin narahatlığı da buna görə idi.

İlk qəzada sevindirici məqam o oldu ki, xəsarət alan olmadı.

Növbəti dəfə oxşar hadisə baş versə, xəsarətsiz ötüşəcəyinə kimsə zəmanət verə bilər? Təbii ki, heç kim.

Klubdan əldə etdiyimiz məlumata görə, son yaşananlar rəsmiləri də narahat edib.

Və qərar verilib ki, yaxın günlərdə digər 3 dirək də sökülsün.

Yeni dirəklər isə tam hazırdı.

Qısa müddətdə onların bərpası nəzərdə tutulub.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla