- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bakı, 28 aprel, AZƏRTAC
Keniyada daşqınlar səbəbindən 90-dan çox insan həyatını itirib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Keniya polisi məlumat yayıb.
Polis bildirib ki, bu say arta bilər. Sel suları çəkildikcə yeni-yeni insan cəsədləri üzə çıxır.
Bir neçə əyalətdə yağan leysan evləri, məktəbləri və müəssisələri su altında qoyub.
Meteoroloqlar yağıntıların ölkənin bir sıra bölgələrində davam edəcəyini, yaxın günlərdə 40-dan çox əyalətdə güclü yağış yağacağını proqnozlaşdırıblar.