AZ

“Piyadalar, diqqətli olun!”- DYP-dən TƏDBİRLƏR

Hazırda respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi davam edir.

Piyada təhlükəsizliyi həftəliyi çərçivəsində yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktiki tədbirlər artırılmış, piyadaların sıx hərəkətdə olduğu marşrutlar üzrə yol şəraiti müayinə edilərək çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq təkliflər verilmiş, habelə vətəndaş cəmiyyəti institutları ilə birgə əhali arasında maarifləndirilmə və təbliğat-təşviqat işi gücləndirilmişdir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piydaları diqqətli olmağa çağırır və yollarda təhlükəsizliyimiz üçün bütün hərəkət iştirakçılarını əl-ələ verməyə dəvət edir.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla