AZ

Qələbəsini anasına həsr edən Hacihüseyn Əhmədzadə duyğulu anları “Xəzər Xəbər”ə DANIŞDIVİDEO

Dünən ürəklərə toxunan bir görüntü yayıldı sosial mediada yaşanıb.

17 yaşlı gənc idmançı yarışda qalib gəldi, qızıl medal qazandı və anasına təşəkkür etdi.

Özü də bu sözlərlə... - "Onun mənim üzərimdə çəkdiyi əziyyəti heç kim bilmir"

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatının qalibi Hacıhüseyn Əhmədzadə “Xəzər Xəbər” danışıb.

Gənc güləşçinin uğurlarının memarı olan anası Ramilə Əhmədova həmişə oğluna inandığını, onun da bu inamı doğrultduğunu deyir.

Oğlunu yarış zamanı izləyən atası Ceyhun Əhmədov isə elə idmançının özü qədər həyəcanlı olub. Onun sevinci və həyəcanı hələ də hiss olunurdu.

Gənc güləşçinin hədəfi 1 ay sonra Serbiyada baş tutacaq Avropa çempionatından qızıl medalla qayıtmaq, daha sonra isə dünya çempionatına hazırlaşmaqdır.

Bizə isə ona tutduğu bu yolda uğurlar arzulamaq düşər...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla