AZ

Türkiyə liseylərinin tələbələri türk dövlətlərinin yaxınlaşma yollarını müzakirə ediblər

Ankara, 28 aprel, AZƏRTAC

Türkiyənin müxtəlif bölgələrindən olan lisey şagirdləri Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin gələcək əməkdaşlıq yollarının modelləşdirilməsi layihəsi çərçivəsində Kocaeli əyalətində toplaşıblar.

AZƏRTAC xəbər verir ki, 14-18 yaşlı yeniyetmələrin iştirakı ilə Ali Fuat Başgil adına Sosial Elmlər Liseyinin binasında üçgünlük müzakirələr keçirilib.

Layihə iştirakçıları türk dövlətləri arasında əlaqələrin inkişafının ən müxtəlif istiqamətləri, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı təkliflər hazırlayıblar. Onlar türk dövlətlərinin beynəlxalq aləmdə nüfuzunun artırılmasının zəruriliyini vurğulayaraq, bu prosesə töhfə verməyə hazır olduqlarını bildiriblər.

Bütün təşəbbüslər toplu halında çap olunaraq, TDT Katibliyinə təhvil veriləcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla